"İçərişəhər" DTMQİ öz fəaliyyətində xarici dövlətlərin aiddiyyatı üzrə qurumları və şirkətləri ilə əməkdaşlığa xüsusi önəm verir. Bunun bariz nümunəsi isə 27.03.2019-cu il tarixində Belçikanın Brüqqe şəhərində "İçərişəhər" DTMQİ və muzey texnologiyaları sahəsində nüfuzlu şirkət olan "Alfavision" arasında keçirilən növbəti görüşdür. Nəzərinizə çatdırmaq istərdik ki, artıq iki ilə yaxındır kı, Qoruq İdarəsi Qoşa Qala meydanında yerləşən və 1806-cı ildən etibarən diqqətdən kənarda qalmış tarixi Bakı Xanları Evini bərpa edir və bu tarixi missiyasının uğurla başa çatması, tariximizin əbədiyaşar olmasını təmin etmək məqsədilə həmin məkanda innovativ texnologiyanın vacib rol oynadığı muzeyin yaradılmasını əsas tutur. Bu fikirlər görüşdə iştirak edən "İçərişəhər" DTMQİ-nin İdarə Heyətinin Sədri Əsgər Ələkbərov tərəfindən səsləndirilmiş və "Alfavision" şirkətinin baş icraçı direktoru Hans Vandamme bu ikitərəfli əməkdaşlıqdan öz məmnunluğunu ifadə etmişdir. Cənab Vandamme Azərbaycan dövlətinin tarixə, incəsənətə verdiyi dəyəri də həmçinin vurğulamış və İçərişəhərdə yaradılıcaq yeni muzeyin tarixə səyahət üçün əvəzolunmaz məkana çevriləcəyinə inamını bildirmişdir.

Xəbərlər Qalereyası

Xəbərlər