Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ( 19 oktyabr 2012-ci il )

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 

 282s

 

Bakı şəhəri, 19 oktyabr 2012-ci il

 

“Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 546 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 fevral tarixli24snömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 5774100000,0 (beş milyard yeddi yüz yetmiş dörd milyon yüz min) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü”ndə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin bərpasının, təmirinin və işıqlandırılmasının layihələndirilməsi və həyata keçirilməsi, bununla bağlı yaşayış və qeyri-yaşayış sahələrinin satın alınması və sökülməsi ilə əlaqədar mülkiyyətçilərə və istifadəçilərə ödəniləcək kompensasiya xərcləri üçün ayrılması nəzərdə tutulmuş vəsaitin 1500000,0 (bir milyon beş yüz min) manat, İçərişəhər ərazisində muzey ekspozisiyasının yaradılması üçün ayrılması nəzərdə tutulmuş vəsaitin 600000,0 (altı yüz min) manat, Elmi-mədəni mərkəzin inzibati binasının əsaslı təmirinin layihələndirilməsi və təmir işlərinin aparılması üçün ayrılması nəzərdə tutulmuş vəsaitin 500000,0 (beş yüz min) manat olmaqla, cəmi 2600000,0 (iki milyon altı yüz min) manat azaldılması hesabına, “Qız qalası” tarix-memarlıq abidəsinin ölçmə və bərpasına aid elmi tədqiqat, layihələndirmə və təmir-bərpa işlərinin aparılması üçün 2000000,0 (iki milyon) manat, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun maddi-texniki bazasının gücləndirilməsi, tarixi abidələrin və təbii landşaftın bərpası, ərazinin mühafizəsi, abadlaşdırılması və daxili yolların çəkilişi xərcləri üçün 600000,0 (altı yüz min) manat olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə cəmi 2600000,0 (iki milyon altı yüz min) manat məbləğində vəsait ayrılsın.
  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.
  3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının 

Baş Naziri                                                                                                                            Artur Rasi-zadə

Xəbərlər