AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

  1. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, 15 gün müddətində:

2.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi haqqında Əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2.3. Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 fevral 2005-ci il

№ 200

 

Azərbaycan Respublikası Prezidentinin

28 fevral 2005-ci il tarixli 200 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında

 

ƏSASNAMƏ

 

  1. ÜMUMİ MÜDDƏALAR

 

  1. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu (bundan sonra - Qoruq) "Bakı şəhərində "İçərişəhər"in, Şuşa və Ordubad şəhərlərinin tarixi hissələrinin tarix-memarlıq qoruğu elan edilməsi haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1977-ci il 10 avqust tarixli 280 nömrəli qərarına əsasən təşkil edilmişdir.
  2. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş qaydada Qoruq və onun ərazisində olan tarix, memarlıq və mədəniyyət abidələri (bundan sonra - abidələr) əhəmiyyət dərəcələrinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə dünya, ölkə  yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahılarına daxil edilmişdir.
  3. Qoruğa daxil olan Şirvanşahlar sarayı kompleksi və Qız qalası 2000-ci il 2 dekabr tarixində YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmişdir.
  4. Qoruğun ərazisi 22,1 ha olmaqla, sərhədləri İçərişəhərin mövcud qala divarı, Neftçilər prospekti (№ 77-105) və Ə. Əliyev küçəsi (№1-9) hüdudlarında müəyyən edilmişdir.
  5. Qoruq Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 10 fevral tarixli 629 nömrəli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (bundan sonra - İdarə) tərəfindən idarə edilir.

Qoruğun ərazisində yerləşən abidələr və dövlət mülkiyyətində olan, o cümlədən dövlət yaşayış fonduna daxil olan tikililər idarənin balansındadır.[1]

 

  1. QORUĞUN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

  1. Qoruğun əsas məqsədi onun ərazisində yerləşən abidələrin elm və mədəniyyətin inkişafı üçün öyrənilməsini, onların məqsədyönlü istifadə olunmasını, habelə onların həcm-planlaşma quruluşunun qorunmasını, tarix-memarlıq abidələrinin bərpasını və toxunulmazlığını təmin etməkdən ibarətdir.
  2. Qoruq aşağıdakı vəzifələri yerinə yetirir:

7.1. tarix və mədəniyyət abidələrinin qorunması və ərazi üçün müəyyən olunmuş rejimin saxlanılması;

7.2. biblioqrafik tədqiqatlar, tarixi araşdırmalar və arxeoloji qazıntılar aparmaqla abidələrin və arxeoloji qazıntıların aşkar edilməsi və öyrənilməsi;

7.3. tarix və mədəniyyət abidələrində aparılan inşaat - möhkəmləndirmə, abadlıq, təmir, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə təkliflərin hazırlanması;

7.4.  abidələrin elmi, mədəni və tarixi əhəmiyyətinin təbliği, bu məqsədlə sərgilərin, fotostendlərin, ekskursiyaların, mühazirələrin, sənədli və qısametrajlı filmlərin hazırlanması, elmi-kütləvi ədəbiyyatın nəşrinin təşkili;

7.5.  müəyyən olunmuş qaydada tarix və mədəniyyət abidələrinin aşkar edilməsinin, siyahıya və dövlət qeydiyyatına alınması, pasportlaşdırılması, abidələrin qorunmasının təmin edilməsi;

7.6.  tarix və mədəniyyət abidələrinin mühafizəsinin, onların funksional təyinatının, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün tədbirlərin görülməsi;

7.7.  abidələrdən istifadə edən hüquqi və fiziki şəxslərlə abidələrin qorunması üçün müəyyən olunmuş qaydada mühafizə müqavilələrinin bağlanması.

 

III. QORUĞUN ƏRAZİSİNDƏ YERLƏŞƏN ABİDƏLƏRDƏN İSTİFADƏ QAYDALARI

 

  1. Qoruğun ərazisində yerləşən abidələrdən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada istifadə oluna bilər.
  2. Qoruğun ərazisində yerləşən elmi, tarixi və ya bədii əhəmiyyəti olan bütün abidələr dövlət tərəfindən qorunur, onların bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək hər hansı işlərin aparılması qadağandır.
  3. "Tarix vəmədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə müvafiq olaraq Qoruğun ərazisində yerləşən və dövlət və bələdiyyə mülkiyyətində olan dünya və ölkə əhəmiyyətli daşınmaz abidələrin və ya onların ayrı-ayrı hissələrinin icarəyə verilməsi qadağandır. Dövlət və bələdiyyə mülkiyyətində olan yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, habelə xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və ya onların ayrı-ayrı hissələri müqavilə əsasında elmi, mədəni, dini xidmət və turizm məqsədləri üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər.

Qoruğun ərazisində yerləşən abidələri və ya onların ayrı-ayrı hissələrini icarəyə götürənlər onların həcm kompozisiyasını, xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirməməli, istismar zamanı abidələrə zərər vurmamalı vətəsərrüfat işləri zamanı arxeoloji abidələrdə mədəni təbəqənin korlanmasına yol verməməlidirlər. Belə abidələrdə  ya onların ayrı-ayrı hissələrində təmir, konservasiya və bərpa işləri icarəçinin vəsaiti hesabına İdarənin və mütəxəssislərin nəzarəti ilə aparıla bilər.

  1. Qoruğun qorunması, onun ərazisində yerləşən abidələrin öyrənilməsi, bərpası və konservasiyası dövlət büdcəsindən ayrılan vəsaitlər, fiziki və hüquqi şəxslərin maliyyə yardımları və ianələri hesabına maliyyələşdirilir.
  2. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq mülkiyyətində  ya istifadəsində Qoruğun ərazisindəki abidələr olan fiziki və hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Onlar həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericliliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
  3. Qoruğunərazisində bərpa və təmir işləri istisna olmaqla hər hansı tikinti işlərinin aparılması qadağandır.
  4. Qoruq sərhədləri daxilindəabidələr üçün hər hansı təhlükə yarada bilən təmir işləri İdarənin razılığı ilə görülə bilər. Həyata keçirilən təhlükəsizlik tədbirləri inşaat işlərini aparan subyektin vəsaiti hesabına maliyyələşdirilir.
  5. Qoruğunərazisindəki abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə onların hərəkətini məhdudlaşdıra və ya qadağan edə bilər.
  6. Qoruğunərazisində  abidələrin üzərində reklam və digər informasiya xarakterli lövhələrin quraşdırılması İdarənin icazəsi və nəzarəti ilə aparılır.[2]

 

  1. QORUĞUN TƏDQİQİ

 

  1. Qoruğun ərazisində arxeoloji qazıntı işləri aparmaq üçün icazə Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla idarə tərəfindən verilir və idarədə qeydə alınır.[3]

Qazıntı mövsümü başa çatdıqdan sonra aparılmış tədqiqat işləri barədə hesabat İdarəyə  Azərbaycan Milli Elmlər Akademiyasına təqdim edilir.

Qoruqda aparılan arxeoloji işlərə İdarə nəzarət edir. Qazıntı zamanı aşkar olunmuş arxeoloji materiallar dövlət mülkiyyətinə keçir.

  1. Qoruğunərazisindəyerləşən abidələrin tədqiqi İdarənin icazəsi ilə həyata keçirilir.[4]
  2. Qoruğunərazisindəyerləşən abidələrin təmirinə, bərpasına, konservasiyasına dair layihələr Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının rəyi əsasında İdarənin razılığı və nəzarəti ilə həyata keçirilir.[5]
  3. Hüquqi və fiziki şəxslər bərpa, təmir və təsərrüfat işləri (tikinti işləri istisna olmaqla abadlaşdırma, işıqlandırma, təmizlik, yaşıllaşdırma) görərkən abidə aşkar edilərsə, həmin işlər dərhal dayandırılmalı, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasına və İdarəyə məlumat verilməlidir. Bu zaman bərpa və təmir işlərinin davam etdirilməsi barədə qərar, Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyləri nəzərə alınmaqla, İdarənin razılığı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilir və görülən işlər İdarənin nəzarəti ilə davam etdirilir. Görülməsi nəzərdə tutulmuş təsərrüfat işləri isə, mütəxəssislərin rəyi nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyasının razılığı, İdarənin icazəsi və nəzarəti ilə davam etdirilə bilər.[6]
  4. Qoruğunərazisindəyerləşən dövlət mülkiyyətində olan abidələrdə aparılan möhkəmləndirmə  abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında İdarənin qərarı əsasında dövlət büdcəsi vəsaiti hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər İdarənin razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır.
  5. Qoruqda mühafizəməqsədiləabadlıq işləri aparılarkən Qoruğun sərhədi, abidələrin konfiqurasiyası dəyişdirilməməli, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmalıdır. Arxeoloji və başqa qazıntılar abidələrəzərər yetirilmədən aparılmalıdır. Aşkar edilən abidə, əşya və ya başqa tapıntının koordinatları və vəziyyəti qeyd edilməli, fotosu və ya rəsmi çəkilməlidir.
  6. Qoruğa vəonunərazisində yerləşən abidələrə vurulan zərərin ödənilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

 

Xəbərlər