AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R № 557 Bakı şəhəri, 22 dekabr 2018-ci il

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 noyabr tarixli 490 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 noyabr tarixli 490 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2154; 2018, № 3, maddə 619) aşağıdakı dəyişikliklər edilsin:

  1. 2-ci hissədə “415” rəqəmləri “430” rəqəmləri ilə əvəz edilsin.
  2. Həmin Qərarla təsdiq edilmiş “İçərişəhər” Dövlət TarixMemarlıq Qoruğu İdarəsinin strukturu” aşağıdakı redaksiyada verilsin:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ST R U K T U R U

  1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (şöbələr və sektorlar). 
  2. “İçərişəhər” Muzey Mərkəzi.
  3. Mənzil-kommunal və Təmir Xidməti.
  4. Elmi-istehsalat bərpa emalatxanası.
  5. Elmi-mədəni Mərkəz.
  6. Marionet Teatrı.
  7. Tahir Salahovun ev-muzeyi.
  8. Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi.
  9. Ənənəvi İncəsənət Mərkəzi.

Xəbərlər