-
Məlumat üçün bildiririk ki, “İçərişəhər” və “Qız qalası” sözləri əmtəə nişanları qismində “İçərişəhər” DTMQİ adına 10 il müddətinə qeydiyyata alınmışdır və bu barədə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən İdarəyə 2023 1118 nömrəli və 2023 1119 nömrəli şəhadətnamələr təqdim olunmuşdur. Həmin şəhadətnamələr Dövlət reyestrində 05.04.2023-cü il tarixindən qeyd olnmuşdur.
- 12 July 2023
-
Bu gün “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə Rusiya Federasiyası Tatarstan Respublikasının “Kazan Kremli” Dövlət Tarix-Memarlıq və Rəssamlıq Muzey-Qoruğunun direktoru İlnur Suleymanoviç Rəhimovun rəhbərlik etdiyi heyəti ilə görüşüb.
- 11 July 2023
-
"İçərişəhər" DTMQİ İdarə heyətinin sədri Şahin Seyidzadə ikinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihənin qalibləri Arzu Tairquliyeva-Nağıyeva və Mehriban Rəsulova ilə növbəti görüş keçirib.
- 11 July 2023
-
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 8-9 iyul tarixlərində İçərişəhər Qoruq İdarəsinin əməkdaşları “Heydər Zirvəsi”nə yürüş ediblər.
- 10 July 2023
-
Şirvanşahlar Sarayında 400-ə yaxın insan açıq səma altında zəngin musiqimizi və onun klassik janr ilə sintezini dinlədilər.
- 10 July 2023
-
Şirvanşahlar Sarayında “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində 24 saat ərzində bir-birini əvəz edən 24 qrupun ifasında möhtəşəm muğam marafonu baş tutub. Fasilələr zamanı elektron musiqi canlı olaraq yayımlanıb.
- 25 June 2023
-
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
- 24 June 2023
-
Şirvanşahlar Sarayında muğam festivalının son günündə 24 saat ərzində bir-birini əvəz edən 24 qrupun ifasında muğam marafonu keçiriləcək. Fasilələr zamanı elektron musiqi produserlərinin canlı ifaları yayıma qoşulacaq.
- 24 June 2023
-
Görüş zamanı Bəhruz Hüseynzadə “Qız Qalasının Fotoqrafiya irsi” mövzusu ilə çıxış edərək 1860-1960-cı illərə qədər çəkilən fotoşəkillər, onların müəllifləri, o cümlədən 17-19-cu əsrlərdə Bakıya səyahət etmiş tanınmış şəxslərin rəsmlərindən bəhs edib.
- 23 June 2023
-
26 İyun-Silahlı Qüvvələr Günü ərəfəsində şəhidimizin vaxtilə yaşadığı Qala Qoruğundakı evinin divarında barelyefi vurulub.
- 23 June 2023
-
“Ulu öndər Heydər Əliyevin elmi irsini öyrənirik” adlı siyasi məktəbinin iştirakçıları "Qala" Dövlət Tarixi-Etnoqrafiya qoruğu ilə tanış olublar.
- 22 June 2023