01.12.2017-ci il tarixində Zəncirli binada “İçərişəhər” Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsinin yaranmasının 10 illiyi münasibəti ilə Reinkarnasiya – "Tanımadığınız İçərişəhər” adlı sərgi keçirilmişdir.

Sərgidə müasir Azərbaycan rəssamlarının interpretasiya edərək, qədim şəhərin sirli və əfsanəvi abidələrinin dili ilə danışaraq yaratdıqları maraqlı əsərlər yer almışdır. Onun mahiyyəti Azərbaycanın müasir rəssamlarının tariximizi və mədəniyyətimizi necə görmələrini nümayiş etdirməkdir. Hazırlanmış instalyasiyalar və rəsmlər insanları düşündürərək şəhərin sirlərini açmağa sövq edir. Hər bir əsərdə yeni məqam və məna görən tamaşaçı İçərişəhəri özünün gördüyü kimi tanıyaraq sevir. Qeyd edək ki, “Tanımadığınız İçərişəhər” adlı sərgi Azərbaycan Milli İncəsənət muzeyində Reinkarnasiya -“İncəsənətdə ruhlar dövranı”, Azərbaycan Milli Tarix muzeyində Reinkarnasiya - “Tarixi eksponatlar” adlı silsiləli layihənin davamıdır. 
Layihə çərçivəsində 09.12.2017-ci il tarixində Qasım bəy hamamında Vüsalə Ağarzayeva tərəfindən “Yaradan” adlı sərginin də təqdimatı keçirilmişdir. Hər iki sərgidə təqdim olunan əsərlərdən ibarət Reinkarnasiya – “Tanımadığınız İçərişəhər” adlı kataloq nəşr olunacaqdır.

Layihənin məqsədi gənc nəsli maarifləndirməklə bərabər qədim şəhəri müasir rəssamların təqdimatında sevdirməkdir.

Sərgilər 1 ay müddətində davam etmişdir.

Xəbərlər